logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Bütün yaradıcı birliklərin üzvü, sərt hökmlər çıxaran, təqaüddə pensiya davası edən hakim…

Bloq
Bütün yaradıcı birliklərin üzvü, sərt hökmlər çıxaran, təqaüddə pensiya davası edən hakim…

“De mortuis aut bene aut nihil”. Latın dilində olan bu ifadə “ölülər barədə ya yaxşı, ya da heç nə danışmaq olmaz” kimi tərcümə edilir. Lakin hakimlik fəaliyyəti elədir ki, hətta şəxsin ölümündən sonra belə ictimai müzakirələrə açıqdır. 41 il hakim kimi çalışmış Ənvər Seyidov avqustun 2-də vəfat edib. O, Bakı Ağır Cinayət Məhkəməsindəki hakimlik fəaliyyəti dövründə bir neçə siyasi işdə hökmləri ilə diqqətə gəlmişdi.

Seyidov hakimlikdən başqa ictimai və yaradıcı fəaliyyətlə də məşğul idi. 1997-ci ildən “Əsilzadələr Məclisi” adlı qurumun, “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvü olan Ənvər müəllim bir sıra bədii əsərlər yazmış, kinomotaqrafiyaya töhfələr vermiş, beynəlxalq mükafatlara layiq görülmüşdü. Nekroloqlarda mərhum haqda diferambalar yazılsa da, hətta hökumətyönlü medialarda belə onun fəaliyyəti “qalmaqallı” şəklində xarakterizə edilir.

“Tribunat” Ənvər Seyidovun hakim reputasiyasını səciyyələndirən bəzi işləri araşdırıb.

Açıq mənbələrdə olan məlumatlara etibar etsək, onun hüquqşünas karyerası təsadüf nəticəsində baş tutub. Ə.Seyidovun yerli mediaya müsahibəsinə əsasən, o, əmisinin köməkliyi ilə Rabitə Texnikumunda rabitəçi olmaq istəsə də, sənədləri orada tapılmadığından hüquq fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra hüquq sisteminin demək olar ki hər sahəsində çalışıb; Ədliyyə sistemi, Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri, Mərkəzi Seçki Komissiyasının təftiş qrupunun üzvü, Ali Məhkəmə və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi…

Bu zəngin karyeranın 41 ili yalnız hakimliyə həsr edilib. 

İlk dəfə Ə.Seyidovu diqqət mərkəzinə gətirən işlərdən biri sabiq müdafiə naziri Rəhim Qazıyevin işi olub. 1992-93-cü illərdə müdafiə naziri olmuş Qazıyev 1993-cü ildə dövlətə xəyanət, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə kimi ağır cinayətlərdə ittiham olunub, ona çıxarılan ölüm hökmü ömürlük azadlıqdan məhrum edilmə ilə əvəz edilib. 2001-ci ildə Azərbaycanın Avropa Şurasının üzvü olması prosesi zamanı tələblərə uyğunluq çərçivəsində atılmalı addımlardan biri siyasi məhbusların azad edilməsi idi; Şuranın müstəqil ekspertlərdən ibarət qrupunun müəyyən etdiyi məhbusların siyahısına Rəhim Qazıyev də daxil idi. Sabiq müdafiə naziri uzun müddət onun  işində ədalətli qərarın çıxarılmadığını iddia edərək Ənvər Seyidovu ittiham edirdi; İkinci isə öz növbəsində bu işdə “diktəsiz və sifarişsiz” qərar qəbul etdiyini israr edirdi. 

Seyidovu “dillərə salan” daha bir siyasi motivli iş isə “Səidin dəstəsi” şərti adı ilə tanınan cinayət işidir. 2007-ci ilin yanvarında saxlanılan Səid Dadaşbəylinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində sədrlik edən hakim kimi baxmış Ə.Seyidov Dadaşbəyli və digər 14 fiqurantı Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə, dini dövlət qurmağa, terror aktları törətməyə cəhddə təqsirli bilərək 13-14 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb. Məhkəmə baxışı zamanı hakim müdafiə tərəfindən bir sıra qeyri-prosessual hərəkətlərdə, o cümlədən, Dadaşbəylinin yaxınlarını hədələməkdə, istintaqı aparan Milli Təhlükəsizlik Nazirliyinin həmin dövrdəki rəhbərinə məktub yazaraq “vicdanlı və ləyaqətli” fəaliyyətə görə əməkdaşların mükafatlandırılmasını xahiş etməkdə ittiham edilib. 

Yeri gəlmişkən, bu, Ənvər Seyidovun ünvanına səsləndirilən ilk ittihamlar deyil. Bakı şəhər prokurorluğunun sabiq müstəntiqi Nağıyev Seyidovu rüşvətxorluqda ittiham edirdi

Yerlibeynəlxalq insan hüquqlarını müdafiə təşkilatları “Səidin dəstəsi”nin fiqurantlarının istintaq və məhkəmə tərəfindən hüquqlarının pozulması və işin siyasi motivli olmasını əsas gətirərək onları siyasi məhbus kimi tanımışdı. Avropa İnsan Hüquqları Məhkəməsi 2020-ci ildə çıxardığı qərarla Dadaşbəylinin Konvensiyanın 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun (6.1-ci maddənin, ərizəçinin cinayət işi üzrə məhkəmə proseslərində açıq dinləmənin olmaması) pozulduğuna dair qərar çıxarıb

Ənvər Seyidovun hakimliyini ictimai müzakirəyə çıxaran daha bir iş “heykəl məhbusları” kimi tanınanlardan biri Qiyas İbrahimovun işidir. 2016-cı ildə digər gənc fəal Bayram Məmmədovla saxlanılan İbrahimov Ə.Seyidovun sədrlik etdiyi məhkəmə kollegiyasının hökmü ilə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası aldı. Yerli beynəlxalq təşkilatlar Q.İbrahimovu siyasi məhbus kimi tanıdı. 2020-ci ildə Avropa Məhkəməsi İbrahimovun və Məmmədovun işində Konvensiyanın bir neçə maddəsinin pozuntusuna dair qərar verdi. Bu qərarı vacib edən amillərdən biri Məhkəmənin Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanımasıdır. Konvensiyanın 18-ci maddəsinə əsasən, bu sənəddə qeyd edilən hüquq və azadlıqlarla bağlı məhdudiyyətlər nəzərdə tutulan məqsədlərdən savayı istifadə edilməməlidir. Məhkəmənin qənaətinə əsasən, ərizəçilərin Konvensiyanın 5-ci maddəsi ilə təmin edilən hüquqlarına tətbiq edilən məhdudiyyət Konvensiyada göstərilən məqsədlər üçün deyil, onların keçmiş prezidentin heykəlinə  siyasi məzmunlu qrafiti yazdıqlarına görə cəzalandırılması, yəni siyasi motivli  olub (§157). Hazırkı dövrə qədər ərizəçilərin işi Azərbaycana münasibətdə bu maddənin pozuntusu tanınan 11 işdən biridir

Ənvər Seyidovun Qiyas İbrahimovla bağlı çıxardığı hökm və həmin hökmün yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılması ilə bağlı şikayət isə Avropa Məhkəməsində kommunikasia edilib və qərarın elanı gözlənilir.

Seyidovu yerli məhkəmə sistemində dövlət ittihamının “vuran qolu” kimi səciyyələndirmək mümkündür. Qiyas İbrahimovun işində dövlət ittihamçısının fəala 9 il azadlıqdan məhrumetmə cəzası tələb etdiyi halda, 1 il artıq cəza kəsməsi, Səid Dadaşbəylinin yaxınlarını hədələməsi, bu işin istintaqını aparan qalmaqallı və nüfuzu ləkələnmiş və ləğv edilmiş quruma təşəkkür dolu məktub yazması, Rəhim Qazıyevlə illərlə davam edən ittiham dolu mükalimələr buna misal ola bilər. 

Maraqlı bir məqam isə Ənvər Seyidovun şəxsiyyətinin digər ipostasiyasıdır; Dadaşbəylinin işində yaxınlarına işin araşdırılmasında sadəcə “icraçı” olduğunu bildirməsi, ədəbi və bədii fəaliyyətə meyli və hətta bir neçə roman yazması, ictimai həyatda aktiv iştirakı - onun ziddiyyətli xarakterinə özünəməxsus kolorit qatır.

Ənvər Seyidov Azərbaycanda hakimliyin dərin faciəsinin ən parlaq nümunələrindən biridir. Lakin bu, bir nəfərin şəxsi taleyindən kənara çıxan, ictimai-siyasi miqyas alan faciədir.

Məhkəmə hakimiyyətinin konstitusion müstəqilliyinin təmin edilmədiyi sistemdə hakimlər sadəcə icra hakimiyyətinin siyasi iradəsinin subyektinə çevrilirlər. Burada artıq hakimin şəxsiyyəti, hobbiləri, şəxsi həyatı və hakimliyə aid olmayan heç bir məqam ictimaiyyət üçün əhəmiyyətli olmur, çünki həmin şəxs insanların gözündə qəbul etdiyi ədalətsiz qərarlarla qalır. Ha istəyirsən Flora Kərimovanın ifası üçün mahnı bəstələyəsən, xronikalarda sərt və ədalətsiz qərarlar verən və təqaüddən sonra pensiya üzərində məişət mübahisəsi edən hakim kimi əbədiləşəcəksən.

Bu bir təsadüf idimi ki, o, təqaüd yaşına çatması ilə əlaqədar pensiyaya göndəriləndən sonra daha narahat edilməməsini və haqqında nəsə yazılmamasını bildirirdi. Mən jurnalistlərə, açıqlamalara qıcıq oluram. Artıq açıqlamanın, bağlamanın vaxtı keçib. Xahiş edirəm bundan sonra məni narahat etməyin. Barəmdə nəsə yazılmasını istəmirəm. Şərt deyil ki, qəzetdə də mənim barəmdə yazı çıxsın, televiziyada 70 illiyimlə bağlı film çəkilir. Bu, mənim bəsimdir”, - deyə o, yerli mediaya müsahibəsində sanki unudulmaq arzusunu dilə gətirirdi. 

Onun unudulmaq istəyi, unudulmaq hüququndan irəli gəlmirdi… 

Nasist Almaniyasının vacib fiqurlarından sayılan Adolf Eyxmanın 1963-cü ildə keçirilən məhkəmə proseslərindən reportaj hazırlayan filosof Hanna Arendt “şərin banallığı” barədə öz qeydlərini apardı. Arendtə görə, böyük faciələrə gətirəcək hərəkətlərin edilməsi insanın daxilində olan şər qüvvədən deyil, sadə əmrlərə əməl edilməsindən qaynaqlanır… 

Təkcə qanunsuz əmr verənlər deyil, həmin əmrləri canla-başla və qüsursuz icra edənlər də tarixin həmişə diri yaddaşında əbədi olaraq qalacaq. 


 

Ənvər Seyidov VƏFAT ETDİ; https://pravda.az/news/190071    

Qalmaqallı sabiq hakim vəfat etdi; https://qafqazinfo.az/news/detail/enver-seyidov-vefat-etdi-478355 

Siyasi işlərdə hökmlər verən Ənvər Seyidovun müalicə pulu tələbi; https://www.azadliq.org/a/ənvər-seyidovun-müalicə-pulu-tələbi/30677704.html 

TANINMIŞ HAKİM, HÜQÜQŞÜNAS-ALİM və İSTEDADLI YAZIÇI-DRAMATURQ ƏNVƏR SEYİDOV; https://zim.az/adpu/1555-taninmi-hakm-hqqnas-alm-v-stedadli-yazii-dramaturq.html

Qiyas İbrahimova hökm oxuyan hakim: Əmim dedi, səni texnikuma tapşırmışam https://www.meydan.tv/az/article/qiyas-ibrahimova-hokm-oxuyan-hakim-emim-dedi-seni-texnikuma-tapsirmisam/?tztc=1   

Ənvər Seyidov kimdir? https://abzas.info/en/2016/10/ənvər-seyidov-kimdir 

Güc strukturlarının həbs olunmuş rəhbərləri; https://web.archive.org/web/20220331115636/https://www.azadliq.org/a/1506061.html 

Political prisoners in Azerbaijan and Armenia: Amnesty International's concerns and recommendations (prepared for the first part of the 2002 Plenary Session (21 - 25 January 2002) of the Parliamentary Assembly of the Council of Europe);  https://www.amnesty.org/es/wp-content/uploads/2021/06/eur040012002en.pdf

Azerbaijan Report: October 30, 2001; https://www.rferl.org/a/1340905.html  

Rəhim Qazıyevdən Ənvər Seyidova sərt sözlər: “Allahın adı ilə alver etmək kimsəyə şərəf gətirməz” - REAKSİYA; https://www.gununsesi.info/rəhim-qaziyevdən-ənvər-seyidova-sərt-sozlər-allahin-adi-ilə-alver-etmək-kimsəyə-sərəf-gətirməz 

Ənvər Seyidov:” Rəhim Qazıyev siz kimsiniz?; https://sozcu.info/problem/1301-hakim-enver-seyidov-rehim-qaziyev-siz-kimsiniz.html 

Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze 

"Səidin qrupunun" üzvlərinə hökm oxundu; https://www.bbc.com/azeri/news/story/2007/12/printable/071210_baku1 

Hakim Ənvər Seyidov xəstəxanaya yerləşdirildi; https://modern.az/hadise/144477/hakim-enver-seyidov-xestexanaya-yerlesdirildi- 

“ƏNVƏR SEYİDOV İCRAÇI OLDUĞUNU DEYİRDİ”; https://musavat.com/news/enver-seyidov-icraci-oldugunu-deyirdi_82957.html?d=1 

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR Vahid Siyahı\Hesabat; https://smdtaz.org/wp-content/uploads/2020/06/Vahid-Siyasi-Mahbus-Siyahisi-10.06.2020-az.pdf 

THE LIST OF POLITICAL PRISONERS IN AZERBAIJAN; https://www.nhc.nl/assets/uploads/2017/07/ListofpoliticalprisonersinAZMay2015.pdf 

Avropa Məhkəməsi Səid Dadaşbəyliyə görə hökuməti cərimələdi; https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/avropa-mehkemesi-seid-dadasbeyliye-gore-hokumeti-cerimeledi 

Sabiq müstəntiq M.Nağıyev ölkənin birinci şəxslərini ittiham edir; https://www.azadliq.org/a/1375974.html 

Qiyas İbrahimova hökm oxundu - son söz; https://abzas.org/en/2016/10/qiyas-ibrahimova-hokm-oxundu-son-soz 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi; https://e-qanun.az/framework/46947 

Siyasi məhbusların yeni siyahısı hazırlanıb: 127 nəfər kimlərdir? [siyahı]; https://abzas.net/en/2019/2/siyasi-məhbuslarin-yeni-siyahisi-hazirlanib-127-nəfər-kimlərdir-siyahi

Amnesty International, Further information on UA: 114/16 Index: EUR 55/5045/2016 Azerbaijan; https://www.amnesty.org/fr/wp-content/uploads/2021/05/EUR5550452016ENGLISH.pdf  

İbrahimov və Məmmədov Azərbaycana qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-200819 

Bayram Məmmədov və Qiyasəddin İbrahimov: "Qərar ədalətli və gözlənilən idi"; https://www.bbc.com/azeri/azerbaijan-51493812 

Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi internet resursu; https://hudoc.echr.coe.int/#{"languageisocode":["ENG"],"respondent":["AZE"],"documentcollectionid2":["GRANDCHAMBER","CHAMBER"],"violation":["18"]}  

“Ənvər Seyidov günahsız insanları məhkum etməklə bu ölümlərə, cinayətlərə şərik olub”; https://yenixeber.org/xeberler/26396-enver-seyidov-gunahsiz-insanlari-mehkum-etmekle-bu-olumlere-cinayetlere-sherik-olub.html 

Məşhur Ənvər Seyidov pensiya davası edir - Nazirliyi məhkəməyə veribhttps://azpolitika.info/?p=540038 

“Mən jurnalistlərə qıcıq oluram” - Təqaüdə göndərilən Ənvər Seyidov; https://modern.az/az/news/200841 

What did Hannah Arendt really mean by the banality of evil?; https://aeon.co/ideas/what-did-hannah-arendt-really-mean-by-the-banality-of-evil

6 Avqust, 2025

Oxşar məqalələr
Daha çox