logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

“Avropa Ədalət Mühakiməsi Günü” necə qeyd edilir?

News
“Avropa Ədalət Mühakiməsi Günü” necə qeyd edilir?

Hər il 25 oktyabr “Avropa Ədalət Mühakiməsi Günü” kimi qeyd edilir.

Bu gün Avropa Şurasına üzv ölkələrdə fərqli qaydada keçirilir.

Məsələn, Bosniya və Hersoqovinada Novi Travnik Kanton Məhkəməsi açıq məhkəmə günü elan edib. Vətəndaşlara ödənişsiz giriş təmin etməklə orta məktəb və hüquq tələbələri üçün pulsuz turlar təşkil olunub. Məhkəmənin nümayəndələri Bosniya və Herseqovinanın məhkəmə sistemində gender bərabərliyinin təkmilləşdirilməsi üzrə strategiyanın həyata keçirilməsi ilə bağlı təqdimat edib. Həmçinin “Qadın qətli və yeni köməkçi resurs - Şəbəkə 4” adlı dəyirmi masa da təşkil olunub.

Danimarkada isə hüququn aliliyinin inkişafı və gələcəyi haqqında oyuna start verib.

 

Danimarka Məhkəmə Administrasiyasının təşkilatçılığı ilə keçirilən oyun hakim köməkçilərini hüquq tarixinə səyahətə çıxarıb. Burada onlar qanunun aliliyinin müasir hüquqi dövlətin əsaslandığı prinsiplərlə aradan qaldırdığı bəzi çətinliklərlə qarşılaşırlar. Oyun hakim köməkçilərinə dövlət hakimiyyəti, məhkəmələrin cəmiyyətdəki rolu və əhəmiyyəti haqqında daha geniş məlumat vermək məqsədi daşıyır. Oyun həmçinin ofis işçiləri üçün kurslarda istifadə məqsədi güdür.

Fransa isə bu günlə bağlı Avropa və beynəlxalq hüquq üzrə tələbələrlə mübadilələr, “europe direct” sərgisi və Avropa hüququ alətləri üzrə IDEB (Inclusion, Diversity, Equity, Belonging - İnklüzivlik, Müxtəliflik, Bərabərlik, Mənsubiyyət) təqdimatını edib.

Moldova Respublikasında oktyabrın 25-də Komrat Apellyasiya Məhkəməsi “Açıq qapı günü” tədbiri təşkil edib.

Bu tədbirin məqsədi tələbələrin, şagirdlərin və maraqlı şəxslərin nəzərinə aşağıdakı istiqamətlər üzrə məlumatları çatdırmaqdır:

1. Ədalət mühakiməsinə çıxışın hamıya izah edilməsi. Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın ədalət mühakiməsinə çıxış hüququnun qorunmasında və təşviqində rolu;

2. Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasına (CEPEJ) giriş;

3. “Məhkəmə informasiya sistemi: komponentlər və funksiyalar”;

4. Məhkəmələr portalı. Komrat Apellyasiya Məhkəməsinin saytı;

5. Məlumat əldə etmək hüququ;

6. Komrat Apellyasiya Məhkəməsi İnformasiya Mərkəzinin fəaliyyəti;

7. Şəxsi məlumatların mühafizəsi.

Slovenia Respublikasının Ali Məhkəməsi “Avropa Ədalət Mühakiməsi Günü”nə həsr edilmiş 15 animasiya yayımlayıb. 2022 və 2023-cü illərdə hazırlanmış bu məlumatlandırıcı videolarda tamaşaçı məhkəmədə ən çox yayılmış prosedurlar, o cümlədən mülki icraat, ailə işləri, iflas, hüquqi yardım və s. haqqında məlumat əldə edir. Animasiyalar istifadəçi yönümlü yanaşma əsasında, sadə dildə və incə tonla hazırlanıb. Hüquqi-texniki dəqiqliyi təmin etmək üçün ssenarilər işlənib və bu hakimlər və digər hüquqşünaslar tərəfindən təsdiq edilib.

Animasiya ingilis və hər iki azlıqların dillərinə (macar və italyan) tərcümə olunub (subtitrlərlə) və Sloveniya Respublikası Ali Məhkəməsinin Youtube kanalında yerləşdirilib.

Azərbaycanda isə bu günə həsr olunan ədalət mühakiməsi rəmzlərinin sərgisi keçirilir. Sərgi 27 oktyabra qədər davam edəcək.

Avropa ölkələri boyu keçirilən tədbirlərlə bu linkdən tanış ola bilərsiniz.

2006-cı ildən etibarən Avropa Şurası və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il 25 oktyabr “Avropa Ədalət Mühakiməsi Günü” kimi qeyd olunur. Həmin günün məqsədi ədalət mühakiməsini insanlara daha yaxın etməklə, onlara hüquqları haqqında məlumat verməkdir. Həmin gün müxtəlif simulyasiya prosedurları və informasiya sessiyaları ilə ədalət mühakiməsi haqqında təbliğat aparılır. 

Ali Məhkəmədə ədalət mühakiməsi rəmzlərinin sərgisi keçirilir,https://supremecourt.gov.az/az/media/xeberler/ali-mehkemede-edalet-muhakimesi-remzlerinin-sergisi-kecirilir 

European Day of Justice 2006 edition, https://www.coe.int/en/web/cepej/events/european-day-of-justice/2006 

 

 

26 October, 2023