Məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları təsdiq edilib News

Məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları təsdiq edilib

15 November, 2023
Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları təsdiq edilib. Qaydalar Ali Məhkəmənin Plenumunun  4 noyabr 2023-cü il tarixli 19 saylı Qərarı ilə təsdiq edilib.  Qaydalar məhkəmə aktlarının indeksləşdirilməsinin xüsusiyyətlərini, tətbiqi mexanimzlərini və s. müəyyən edir.  Qaydalar 4 bölmədən -  Ümumi müddəalar, Məhkəmə aktlarına tətbiq edilən indekslər, Məhkəmə aktlarının indeksləşdirilməsi mexanizmləri və Yekun müddəalardan ibarətdir. Əsas məqsəd Azərbaycanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsidir.  Məhkəmə aktlarının indeksləşdirilməsi bütün məhkəmə instansiyalarında həyata keçirilir. İndeksləşmə məhkəmə aktlarının “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsi zamanı icra edilir. Hər bir indeksləşmiş məhkəmə aktına münasibətdə...

Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları təsdiq edilib.

Qaydalar Ali Məhkəmənin Plenumunun  4 noyabr 2023-cü il tarixli 19 saylı Qərarı ilə təsdiq edilib. 

Qaydalar məhkəmə aktlarının indeksləşdirilməsinin xüsusiyyətlərini, tətbiqi mexanimzlərini və s. müəyyən edir. 

Qaydalar 4 bölmədən -  Ümumi müddəalar, Məhkəmə aktlarına tətbiq edilən indekslər, Məhkəmə aktlarının indeksləşdirilməsi mexanizmləri və Yekun müddəalardan ibarətdir.

Əsas məqsəd Azərbaycanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsidir. 

Məhkəmə aktlarının indeksləşdirilməsi bütün məhkəmə instansiyalarında həyata keçirilir.

İndeksləşmə məhkəmə aktlarının “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsi zamanı icra edilir. Hər bir indeksləşmiş məhkəmə aktına münasibətdə həll edilmiş hüquqi məsələyə dair “Elektron məhkəmə” informasiya sistemində qısa izahedici qeyd əlavə edilir.

Qaydalara uyğun olaraq yalnız Ali Məhkəmə tərəfindən təyin edilən nişanlar məhkəmə aktının titul vərəqində əks etdirilir. 

Birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən təyin edilən nişanlara əlçatanlıq isə yalnız “Elektron məhkəmə” informasiya sisteminin iştirakçıları üçün təmin edilir.

Qaydalarla daha ətraflı bu linkdən tanış olun.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 4 ” noyabr 2023-cü il tarixli 19 No-li Qərarı ilə təsdiq edilmişdir, Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları, https://supremecourt.gov.az/storage/pages/1971/mehkeme-aktlarinin-indekslesmesi-qaydalari.pdf


Share this article