Tanınmış vəkil Əlayif Həsənov vəfat edib News

Tanınmış vəkil Əlayif Həsənov vəfat edib

27 October, 2023
Yaxınlarının deməsinə görə, 61 yaşlı Həsənov 26 oktyabrda ürək tutumasından vəfat edib. Əlayif Həsənov insan hüquqlarının qorunması sahəsində ixtisaslaşmış vəkil olub, bir sıra ictimai-siyasi fəalların və vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarının müdafiəçisi ilə tanınıb. 2015-ci ildə o, hüquq müdafiəçisi Leyla Yunusun müdafiəsini həyata keçirərkən əvvəl məhkum edilib, daha sonra isə Vəkillər Kollegiyası (VK) üzvlüyündən xaric edilib. Həmin vaxt Həsənov Yunusun həbsxanadakı kamera yoldaşı tərəfindən təzyiqə məruz qalması haqda sosial şəbəkədə paylaşım edib, paylaşım daha sonra qəzetdə yayımlanıb. Yasamal Rayon Məhkəməsi 6 noyabr 2014-cü il tarixdə mərhumu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilib və onun 240 saatlıq ictimai işlərə cəlb olunmasına...

Yaxınlarının deməsinə görə, 61 yaşlı Həsənov 26 oktyabrda ürək tutumasından vəfat edib.

Əlayif Həsənov insan hüquqlarının qorunması sahəsində ixtisaslaşmış vəkil olub, bir sıra ictimai-siyasi fəalların və vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarının müdafiəçisi ilə tanınıb.

2015-ci ildə o, hüquq müdafiəçisi Leyla Yunusun müdafiəsini həyata keçirərkən əvvəl məhkum edilib, daha sonra isə Vəkillər Kollegiyası (VK) üzvlüyündən xaric edilib.

Həmin vaxt Həsənov Yunusun həbsxanadakı kamera yoldaşı tərəfindən təzyiqə məruz qalması haqda sosial şəbəkədə paylaşım edib, paylaşım daha sonra qəzetdə yayımlanıb. Yasamal Rayon Məhkəməsi 6 noyabr 2014-cü il tarixdə mərhumu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilib və onun 240 saatlıq ictimai işlərə cəlb olunmasına dair hökm çıxarıb.

Ali Məhkəmənin 29 dekabr 2015-ci il tarixli yekun qərarı ilə onun məhkum edilməsi barədə qərar qüvvədə saxlanıb.

Bu qərardan sonra Ə.Həsənov VK üzvlündən də xaric edilib.

Həsənov həm məhkum edilməsindən, həm də VK üzvlüyünə xitam verilməsindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verib.

Məhkəmənin saytında həır iki iş barədə məlumat əldə etmək mümkündür:

Application no. 39834/16 Alayif Hasan oglu HASANOV against Azerbaijan

Application no. 68035/17 Alayif Hasan oglu HASANOV against Azerbaijan

Əlayif Həsənov son illər davamlı olaraq Azərbaycanın vəkil sektorunda baş verən qanunsuzluqları tənqid edib, ictimai diqqəti bu sahədə baş verən ciddi problemlərə çəkib.

Allah rəhmət eləsin!

 


Share this article