Konstitusiya Məhkəməsinin yarımçıq statistikası
Xəbərlər![Konstitusiya Məhkəməsinin yarımçıq statistikası](https://tribunat.info/images/2025-02/1738783127232.webp)
2024-cü ildə Konstitusiya Məhkəməsinə ümumilikdə 2049 ərizə və şikayət daxil olub.
Məlumat Konstitusiya Məhkəməsi Aparatının ötən ilin yekunlarına dair iclasındasəslənib.
Həmin müraciətlərdən 859-u onlayn şəkildə olub.
Ancaq məlumatda 2049 ərizə və şikayətdən neçəsinin sorğu, neçəsinin müraciət və neçəsinin şikayət olduğu açıqlanmayıb. Həmçinin müraciətlərin neçəsinin qəbuledilən, neçəsinin qəbuledilməz olduğu, neçəsinə baxılıb, qərar qəbul edildiyi və s. də paylaşılmayıb.
Ümumi şəkildə qeyd edilib ki, bəzi müraicətlər Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə baxılmayaraq, aidiyyatı qurumlara göndərilib. Digərlərindən isə imtina edilib.
Məlumatda deyilir ki, Ali Məhkəmənin, Baş Prokurorluğun və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların konstitusiya şikayətləri ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.
Verilən şərhlər və qəbul edilən qərardadlar cinayət və cinayət prosessual, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarına dair olub.
Konstitusiya Məhkəməsinin saytının analizi məhkəmənin ötən il 25 qərar və qərardad qəbul etdiyini üzə çıxarır.
Hazırda məhkəmənin Plenumunda baxılacaq işlərin siyahısında cəmi 2 iş növbəsini gözləyir.
Konstitusiya Məhkəməsi Aparatının 2024-cü il üzrə hesabat iclası keçirilib, https://www.constcourt.gov.az/az/details/1813
Konstitusiya Məhkəməsi Plenumunda baxılacaq işlərin cədvəli, https://www.constcourt.gov.az/az/reception