logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Torpağın kateqoriyası hansı hallarda dövlət qeydiyyatına problem yaradır?

Xəbərlər
Torpağın kateqoriyası hansı hallarda dövlət qeydiyyatına problem yaradır?

Konstitusiya Məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərhinə dair qərardad qəbul edib.

Qanunun şərhi üçün Gəncə Apellyasiya Məhkəməsi müraciət edib.

Müraciətedən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin qanunvericilikdə olan müxtəlif mühafizə zolağı rejimlərinin ziddinə ayrılmış torpaq sahələrinə, həmçinin inşa edilmiş tikililərə münasibətdə əmlak hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının mümkünlüyü ilə bağlı şərh istəyib.

Müraciətdə Ş.Məmmədovun əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi üzərinə qoyulması üçün ərizə verdiyi qeyd olunub.

Gəncə İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü ildə qəbul etdiyi qərarla iddia təmin edilməyib.

Ş.Məmmədov şikayətinə digər hallarla yanaşı mübahisələndirilən qeyri-yaşayış binasının yerləşdiyi ərazidə və eyni zolaqda yerləşən digər qeyri-yaşayış binasına dair A.Məmmədova çıxarış verilməsini də əlavə edərək Gəncə Appelyasiya Məhkəməsinə müraciət edib. Bununla bağlı məhkəmə A.Məmmədovanın əmlakının yerləşdiyi ərazi ilə bağlı ekspert rəyinin keçirilməsini tələb edib.

Gəncə Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 13 may 2020-ci il tarixli mütəxəssis rəyi, habelə  Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 may 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilib ki, A.Məmmədovanın istifadəsində olan torpaq sahəsi mühafizə zonasında yerləşir.

Gəncə Apellyasiya Məhkəməsi sözügedən işin hallarında qanunvericiliyin tələblərinin əksinə olaraq, mühafizə zolaqları torpaqlarından istifadəyə dair müəyyənləşdirilmiş rejimlə bağlı tələblər nəzərə alınmadan inşa edilmiş tikililərə dair əmlak hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının mümkünlüyünə dair məsələyə aydınlıq gətirilməsinə ehtiyac olduğunu əsas gətirib.

Konstitusiya Məhkəməsi qərara alıb ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə müvafiq olaraq, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

Konstitusiyanın 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Qanununun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir.

Qərardadın tam versiyası ilə linkdən tanış ola bilərsiniz.

4 Fevral, 2025