logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Ötən il Ai Məhkəmədə baxılan kommersiya və inzibati işlərin sayı artıb

Xəbərlər
Ötən il Ai Məhkəmədə baxılan kommersiya və inzibati işlərin sayı artıb

“2023-cü ildə baxılmış işlər üzrə kollegiyalarda statistik göstəricilər fərqli olub. Belə ki, Mülki kollegiyada 22,4 faiz azalma olsa da, Kommersiya kollegiyasında 36,2 faiz, İnzibati kollegiyada 21 faiz, Cinayət kollegiyasında 5 faiz artım olub”.

2023-cü ilin yekunları ilə bağlı Ali Məhkəmənin Plenumunun iclasında belə deyilib.

Məlum olub ki, 2023-cü il ərzində Mülki kollegiyanın kassasiya icraatında olan 5597 işdən 5246-sı mülki iş, 345-i xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. 2023-cü ildə icraat olmuş 5246 mülki işdən 4024 işə mahiyyəti üzrə baxılıb, həmin işlərdən 3080 işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 889 iş üzrə məhkəmə aktı ləğv edilib, 15 iş üzrə kassasiya icraatına xitam verilib, 40 iş üzrə məhkəmə aktı dəyişdirilib.

2023-cü il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3391 işdən 2272 işə mahiyyəti üzrə baxılıb. Baxılmış 2272 işdən 1877 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 209 iş üzrə ləğv edilib, 186 iş üzrə qərar dəyişdirilib.

İnzibati kollegiyanın icraatında olmuş 3756 işdən 2590 işə mahiyyəti üzrə baxılıb. Baxılmış 2590 işdən 2057 iş üzrə məhkəmə aktı qüvvədə saxlanılıb, 479 iş üzrə ləğv edilib, 22 iş üzrə kassasiya icraatına xitam verilib, 12 iş üzrə məhkəmə aktları dəyişdirilib və 20 iş üzrə icraata xitam verilib.

2023-cü ildə Kommersiya kollegiyasının icraatında olan 801 işdən 768 iş kommersiya mübahisələri üzrə, 33 iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş 768 işdən 569 işə mahiyyət üzrə baxılıb, həmin işlərdən 447 işlə  bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 119 iş üzrə məhkəmə aktı ləğv edilib, 3 iş üzrə isə kassasiya icraatına xitam verilib.

Vahid məhkəmə təcrübəsinin daha əlçatan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin yeni axtarış sisteminin hazırlanıb istifadəyə verildiyi də iclasda qeyd edilib.

 

 

Ali Məhkəmə Plenumunun 2023-cü ilin yekunlarına həsr olunmuş iclası keçirilibhttps://supremecourt.gov.az/az/media/xeberler/ali-mehkeme-plenumunun-2023-cu-ilin-yekunlarina-hesr-olunmus-iclasi-kecirilib 

3 Fevral, 2024