Azərbaycandan AİHM-ə göndərilmiş müvəqqəti məcburiyyət tədbirləri ilə bağlı son 3 ilin statistikası
VisualAvropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən müvəqqəti məcburiyyət tədbirləri barədə qərar qəbul edə bilir. Sonradan düzəldilə bilməyən zərərlə bağlı qaçılmaz risk olduqda tətbiq olunan təcili tədbirlərə müvəqqəti məcburiyyət tədbirləri deyilir.
Müvəqqəti məcburiyyət tədbirləri ancaq məhdud hallarda tətbiq oluna bilər. Bunlara aiddir:
- Həyati təhlükə olduqda;
- Şəxsin pis rəftara məruz qalması ilə bağlı təhlükə olduqda.
Çox müstəsna hallarda Konvensiya ilə qorunan digər hüquqları da təmin etmək üçün Məhkəmə müvəqqəti məcburiyyət tədbiri barədə qərar qəbul edə bilər.
Müvəqqəti tədbirlərin əksəriyyərti ölkədən çıxarılma və ekstradisiya prosedurları və ya ərizəçilərin həbs yerlərində sağlamlıq vəziyyəti ilə əlaqəli olur.
2023-cü ilin statistikasına əsasən müvəqqəti məcburiyyət tədbirləri ilə bağlı qəbul edilmiş ərizələrin 91.6 %-i qəbuletmə şərtləri, rədd olunan ərizələrin 44.6 %-i ölkədən çıxarılma və ya ekstradisiya ilə bağlı olub.