logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Konstitusiyaya görə Azərbaycanda Məhkəmə hakimiyyəti nə qədər müstəqildir?

Visual
Konstitusiyaya görə Azərbaycanda Məhkəmə hakimiyyəti nə qədər müstəqildir?

Bu data Azərbaycanda Konstitusiya mətninə əsasən Məhkəmə müstəqilliyinə dair indeksi göstərir. Datanı hazırlayarkən Müqayisəli Konstitusiyalar Layihəsinin Ginsberg və Meltonun müəllifi olduğu “De Jure Məhkəmənin Müstəqilliyi Həqiqətən əhəmiyyətlidirmi? Məhkəmə Müstəqilliyinə dair İzahların Yenidən Qiymətləndirilməsi”  adlı məqaləsinə əsasən hazırladığı 6 indeks nəzərdən keçirilib. Həmin indekslər aşağıdakılardır:

1. Konstitusiyanın məhkəmənin müstəqilliyinə dair açıq bəyanatı ehtiva edib-etməməsi;

 2. Konstitusiyada hakimlərin ömürlük təyin olunmasının nəzərdə tutulub-tutulmadığı;

 3. Ən yüksək instansiya məhkəmələrinə hakimlərin təyin olunması prosesində məhkəmə şurası və ya iki (və ya daha çox) iştirakçlnln  olub-olmaması;

4. Hakimlərin vəzifədən kənarlaşdırılmasının qadağan və limitli olub-olmaması; bunun üçün qanunverici orqanda yüksək səs çoxluğu tələb olunurmu, yoxsa yalnız ictimai və ya məhkəmə şurası kənarlaşdırma üçün təklif irəli sürə bilir və başqa siyasi iştirakçının bu təklifi  təsdiqləməsi tələb olunur.

5.  Kənarlaşdırmanın aydın şəkildə cinayətlər, dövlətə xəyanət, Konstitusiyaya əməl olunmaması kimi digər qanun pozuntularına görə məhdudlaşdırılıb-məhdudlaşdırılmaması;

6. Hakimlərin maaşlarının azaldılmasına imkan verilməməsi.

Azərbaycan Konstitusiyasına əsasən məhkəmə müstəqilliyi aşağıdakı kimidir:

1. Konstitusiyanın məhkəmənin müstəqilliyinə dair açıq bəyanatı ehtiva edib-etməməsi tələbi:

Azərbaycan Konstitusiyasının mətnində konkret olaraq Məhkəmə hakimiyyəti müstəqildir bəyanatı yer almayıb. 7-ci maddənin 3-cü bəndində dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipinə əsaslandığı təsbit olunsa da,  8-ci maddənin 4-cü bəndində  məhkəmə müstəqilliyinin təminatçısının prezident olduğu vurğulunub.  Prezidentin məhkəmə müstəqilliyinin təminatçısı rolunda çıxış etməsi hakimiyyətin bölgüsü prinsipi baxımından problemlidir. 

Həmçinin, Azərbaycan Konstitusiyasının 127-ci maddəsinin 1-ci bəndində “Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər” qeyd olunsa da, bu norma daha çox deklarativ məzmundadır və məhkəmə hakimiyyət qolunun müstəqilliyinə dair təminatları tam əhatə etməməklə,  tamamlamır. Konstitusiya bu tələbə cavab vermir.

2. Konstitusiya hakimlərin ömürlük təyin olunmasını təmin edib-etmədiyi: Azərbaycan konstitusiyası mətnində belə təminat yer almır.  Konstitusiya bu tələbə cavab vermir.

 3. . Ən yüksək instansiya məhkəmələrinə hakimlərin təyin olunmasında  məhkəmə şurası və ya iki (və ya daha çox) iştirakçının olub-olmaması; Konstitusiyanın 130-cu maddəsinin 2-ci bəndinə əsasən Konstitusiya Məhkəməsinin hakimlərini, 131-ci maddənin 2-ci bəndi Ali məhkəmənin hakimlərinin, 132-ci maddənin 2-ci bəndi isə Apelyasiya məhkəməsinin hakimləri Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur. Həmçinin, 109-cu maddədə Prezidentin “Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verdiyi” qeyd olunub. Bu baxımdan Konstitusiya bu tələbə cavab verir.

4. Hakimlərin vəzifədən kənarlaşdırılmasının qadağan və limitli olub-olmaması; bunun üçün qanunverici orqanda yüksək səs çoxluğu tələb olunurmu , yoxsa yalnız ictimai və ya məhkəmə şurası kənarlaşdırma üçün təklif irəli sürə bilir və başqa siyasi iştirakçının  bu təklifi  təsdiqləməsi tələb olunur. 128-ci maddənin 4-cü bəndinə əsasən cinayət törətdikdə hakimlərin vəzifədən kənarlaşdırılması üçün Ali Məhkəmənin rəyi əsasında Prezident Milli Məclisdə təşəbbüs göstərir. Həmin maddənin 5-ci bəndinə əsasən Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin hakimlərinin vəzifədən kənaşdırılmasl üçün yüksək səs çoxluğu- üçdə iki səs çoxluğu yəni 83 səs başqa hakimlərin vəzifədən kənarlaşdıırlması üçün isə 63 səs  çoxluğu tələb olunur. Konstitusiya bu tələbə cavab verir.

5. Kənarlaşdırmanın aydın şəkildə cinayətlər, dövlətə xəyanət, konstitusiyaya əməl olunmaması kimi digər qanun pozuntularına görə məhdudlaşdırılıb-məhdudlaşdırılmaması: 128-ci maddənin 4-ci bəndində  ümumi şəkildə hakimlər cinayət törətdikdə vəzifədən kənarlaşdırıla biləcəyi qeyd olunub.  Lakin aydın şəkildə cinayətlərin təsnifatı verilməyib. Konstitusiya bu tələbə cavab vermir.

6. Hakimlərin maaşlarının azaldılmasına imkan verilməməsi: Hakimlərin maaşlarının azaldılmasının yolverilməzliyi ilə bağlı Azərbaycan Konstitusiyasında hər hansı maddə və ya bənd yoxdur. Konstitusiya bu tələbə cavab vermir.

Beləliklə bu 6 indeks əsasında Azərbaycan Konstitusiyasını nəzərdən keçirdikdə məhkəmə hakimiyyətinin müstəqilliyi bu indekslərdən cəmi 2-ə cavab verdiyini görürük.

 

1. Comparative Constitutions Project, https://comparativeconstitutionsproject.org/ccp-rankings/#indices

2.  Azərbaycan Respublikası Konstitusiyası (2016) https://www.e-qanun.az/framework/897 

 

29 July, 2023