Azərbaycanda icra hakimiyyətinin qanunyaratma səlahiyyəti hansılardır?
Vizual
Bu data Azərbaycanda icra hakimiyyətinin qanunyaratma səlahiyyəti ilə bağlı vəziyyəti təsvir edir. Datanın hazırlanması zamanı Müqayisəli Konstitusiyalar Layihəsinin (Comparative Constitutions Project) indeksindən istifadə edilmişdir. Həmin indeks 0-7 arası dəyişir və icra hakimiyyətinə verilən qanunyaratma səlahiyyətlərin sayını əks etdirir. Bu indeksə əsasən icra hakimiyyətinə verilə biləcək səlahiyyətlər aşağıdakılardır:
- Qanunvericilik təşəbbüsü səlahiyyəti;
- Fərman vermək səlahiyyəti;
- Konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olmaq səlahiyyəti;
- Fövqəladə vəziyyət elan etmək səlahiyyəti;
- Veto hüququ;
- Qanunvericiliyin konstitusiyaya uyğunluğuna etiraz etmək səlahiyyəti;
- Qanunverici orqanı buraxmaq səlahiyyəti.
Bu 7 indeks üzrə Azərbaycanın 1995-ci ildə qəbul edilmiş konstitusiya mətni, o cümlədən 2002, 2009, 2016-cı illərdə keçirilmiş referendumlardan sonra konstitusiya mətnləri nəzərdən keçirilib.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiya mətnində, həmçinin, 2002 -ci və 2009-cu illərdə keçirilmiş referendumlardan sonra İcra hakimiyyətinin qanunyaratma səlahiyyətləri 6 olub:
- Qanunvericilik təşəbbüsü səlahiyyəti (Maddə 96)
- Fərman vermək səlahiyyəti (Maddə 113);
- Konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olmaq səlahiyyəti (Maddə 153);
- Fövqəladə vəziyyət elan etmək səlahiyyəti ( Maddə112 );
- Veto hüququ (Maddə 110);
- Qanunvericiliyin konstitusiyaya uyğunluğuna etiraz etmək səlahiyyəti; ( Maddə 130)
2016 -ci ildə keçirilmiş referendum nəticəsində İcra hakimiyyətinin səlahiyyətlərinə Qanunverici orqanı buraxmaq səlahiyyəti (Maddə 98) də verilib və bununla da qanunyaratma səlahiyyətləri ola biləcək ən yüksək həddə 7-yə çatıb.
1. Comparative Constitutions Project, https://comparativeconstitutionsproject.org/ccp-rankings/#indices
2. Azərbaycan Respublikası Konstitusiyası (1995) https://www.e-qanun.az/framework/897
3. Azərbaycan Respublikası Konstitusiyası (2016) https://www.e-qanun.az/framework/897