Keçmiş SSRİ ölkələrində konstitusiyalar neçə dəfə dəyişib?
VizualBu vizual keçmiş SSRİ ölkələrinin müstəqilliklərini əldə etdikdən sonra konstitusiyalarında edilən dəyişiklik və əlavələrlə bağlı datanı əks etdirir.
Vizualın hazırlanmasında Texas və Çikaqo universitetlərinin Müqayisəli Konstitusiya Layihəsinin məlumatlarından istifadə olunub.
Hər bir dövlətin SSRİ dövründə qəbul edilmiş konstitusiyalarına müstəqilliklərini bərpa etdikdən sonra etdikləri düzəlişlər nəzərə alınmayıb.
Yalnız müstəqillikdən sonra qəbul etdikləri yeni konstitusiyalar nəzərdən keçirilib.
Vizualda hər bir ölkənin üzərinə kliklədikdə açılan pəncərədə üç parametr yer alır.
Bu parametrlərdən biri “Qəbul edilmiş konstitusiya sayı”-dır. Həmin parametr Müqayisəli Konstitusiya Layihəsinin saytında “New” yəni, “Yeni” olaraq işarələnən və tamamilə yeni qəbul olunmuş konstitusiyaları nəzərdə tutur.
Digər parametr isə “Konstitusiya (və ya konstitusiyalara) edilmiş dəyişiklik sayı”-dır. Həmin parametr Müqayisəli Konstitusiya Layihəsinin saytında “Amendment” olaraq işarələnən və konstitusiyalara edilmiş dəyişiklik və ya düzəlişləri nəzərdə tutur.
Sonuncu parametr isə hər dövlətin konstitusiyasında “Ümumi dəyişiklik sayı”-dır. Bu parametr həmin dövlətlərin müstəqillikdən sonra qabul olunan konstitusiya saylarını və həmin konstitusiyalara edilən ümumi dəyişikliklərin statistikasını ehtiva edir.
Constituteproject.org URL: https://www.constituteproject.org/countries